Kimyaçı alimlərin fundamental elmi nəticəsi nüfuzlu xarici jurnalda çap olunub

14

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu bir qrup
aparıcı alimlərinin tədqiqatlarının nəticələri Web of Science bazasında indekslənən Iranian Journal of Chemisrty and Chemical Engineering (IF 1.9) jurnalında nəşr olunmuşdur (Vagif Farzaliyev, Jeyhun Hamidova, Elkhan Icakov, Elnara Hasanova, Nargiz Huseynova): Synthesis and Study of Modified Succinimide Polymer Additives for Motor Oils. Journal of Chemisrty and Chemical Engineering, 2025, no 3, 751-756, https://doi.org/10.30492/ijcce.2025.2021518.6420.

Məqalədə polimer tipli yeni suksinimid aşqarlarının AKI-634, AKI-635, AKI-636 və AKI-637 sintezi üzrə tədqiqatların nəticələri təqdim olunur. Tədqiqatlar göstərdi ki, bu aşqarlar yüksək antikorroziya, yuyucu və özlülük-temperatur xassələrinə malik olub, S-5A və IKhP-476 analoqlarından üstündürlər. Sintez edilmiş suksinimidlər termal analiz metodlarından istifadə etməklə tədqiq edilərək, müəyyən olunmuşdur ki, onlar temperatur təsirlərinə qarşı yüksək dərəcədə davamlıdırlar. Nəticə olaraq göstərilir ki, sintez edilən polimer tipli çoxfunksiyalı suksinimid aşqarlarından istifadə etməklə daha sadə tərkibli sürtkü kompozisiyaları hazırlamaq mümkündür.

PAYLAŞ