Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayevin Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Famil Çırağov, Fiziki Problemlər İnstitutunun aparıcı elmi işçiləri Svetlana Demukhamedova, Gulnara Akverdieva və digərlərinin Türkiyədən olan həmkarları ilə beynəlxalq səviyyədə yerinə yetirdikləri elmi tədqiqatın mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən Q1 kateqoriyalı impakt faktoru 5.235 olan dünyaca məşhur “Taylor & Francis” nəşriyyatının “Journal of Biomolecular Structure and Dynamics” jurnalında icmal məqaləsi kimi (Shahla Tahirli, Fargana Aliyeva, Halil Şenol, Svetlana Demukhamedova,Gulnara Akverdieva, Irada Aliyeva,Sitara Veysova, Nastaran Sadeghian, Sevilay Günay,Yavuz Erden,Parham Taslimi, Afsun Sujayev&Famil Chiragov, Novel complex compounds of nickel with 3-(1-phenyl-2,3-dimethyl-pyrazolone-5)azopentadione-2,4: synthesis, NBO analysis, reactivity descriptors and in silico and in vitro anti-cancer and bioactivity studies, 2024, 31 Jan 2024, https://doi.org/10.1080/07391102.2024.2309646) dərc olunub.
İnstitutdan bildirilib ki, məqalə potensial dərman maddəsi təsirinə malik olan yeni azo birləşmələri və onların metal komplekslərin sintezi və fermentlər üzrə inhibitor fəallıqlarının müfəssəl tədqiqinə həsr edilmişdir. Alimlərin apardıqları Molekulyar Dokinq simulyasiyaları göstərmişdir ki, yeni birləşmələr standart dərmanlarla müqayisədə hAChE və hBChE ilə daha sabit komplekslər əmələ gətirir, bu da onları antikanser və antixolinesteraz xəstəliklərinin müalicələrində daha çox araşdırma üçün perspektivli bir namizəd edir.