Kimyaçı alimlərin müştərək beynəlxalq tədqiqatlarının nəticələri nüfuzlu xarici jurnalda dərc olunub

888

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik A.Məhərrəmov, professor Məlahət Qurbanova, k.ü.f.d. E.Hüseynov, doktorant A.Səfərovanın beynəlxalq müştərək tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktorlu “Organic Communications” adlı nüfuzlu xarici jurnalda dərc edilib.

İnstitutdan bildirilib ki, məqalə ilk dəfə yeni enamin və pirrol törəmələrinin sintezi, quruluşunun müfəssəl X-ray tədqiqi və karbon anhidrazı, asetilxolinesteraza, butirlxolineseteraza və α-glikozidaz ferment inhibitorları üzərində bioloji fəallığının öyrənilməsinə həsr olunmuşdur. Geniş tədqiqatlardan məlum olmuşdur ki, bu yeni birləşmələr epilepsiya, Alzheimer, nevroloji, şəkərli diabet, mədə və onikibarmaq bağırsaq xoraları, qlaukoma kimi qlobal xəstəliklərin müalicəsi üçün məqbul, potensial dərman maddələri ola bilər.

Xatırladaq ki, “Organic Communications ” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

PAYLAŞ