Kimyaçı magistrantların dissertasiya işinin onlayn müdafiəsi keçirilib

1324

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) 3, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) 2 və Radiasiya Prosesləri İnstitutunun (RPİ) 1 nəfər magistrantının dissertasiya işlərinin onlayn müdafiəsi keçirildi. AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Əminağa Sadıqov, NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, AMEA Magistratura Şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Müdafiə Şurasının üzvləri, müvafiq institutların Təhsil şöbələrinin rəhbərləri, magistrantlar və onların elmi rəhbərlərinin iştirakı ilə “Zoom” platforması üzərindən baş tutan baş tutan müdafiədə NKPİ-nin “Neft kimya” ixtisası üzrə 2, “Ətraf mühüt kimyası” ixtası üzrə 1, AKİ-nin “Üzvi kimya” ixtisası üzrə 2 və RPİ-nın “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisası üzrə 1 magistrant dissertasiya işini müzakirəyə təqdim edib. Hər dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara müvafiq dərəcənin verilməsi haqqında qərar qəbul edilib.

Məlumat üçün bildirək ki, AKİ-nin “Üzvi kimya” ixtisası üzrə II kurs magistrantları Lalə Əliyeva “Rodanidlərin yeni törəmələrinin sintezi və tədqiqi”, Nərgiz Məcidi isə “Asetofenonun tioqlikol turşusu və aminlərlə üçkomponentli reaksiya məhsullarının sintezi və aşqar kimi tədqiqi” mövzusunda magistr dissertasiya işi yerinə yetiriblər. Tədqiqatın nəticələri nüfuzlu xarici jurnallarda dərc olunmuşdur. Onlara AKİ-nin elmi işlər üzrə direktor müavini, k.ü.e.d., dosent Əfsun Sucayev və aparıcı elmi işçi, k.ü.e.d. Sabirə Sərdarova elmi rəhbərlik etmişlər.

           

 

 

PAYLAŞ