DeepMind texnologiya şirkətinin mütəxəssisləri nadir xəstəliklərin müalicəsini tapmaq üçün kompüterlərdən istifadə olunacağını açıqlayıblar.
Süni zəkaya əsaslanan yeni modelin ən ölümcül parazitar xəstəliklərə qarşı istifadə ediləcəyi bildirilir. Mütəxəssislərin fikrincə, bir çox xəstəliklər zülalların katalizdəki rolu ilə əlaqələndirilir. Eyni zamanda, zülalın üç ölçülü quruluşundan xəbərdar olmaq, xərçəng, yoluxucu və ağıl çatışmazlığı da daxil olmaqla müxtəlif xəstəliklərin müalicə üsullarını tətbiq etməyə kömək edəcəkdir.
“Biz bu texnologiyanın potensialına çox inanırıq, belə ki o, biologiya haqqında anlayışımızdakı bəzi boşluqları aradan qaldırmağa və xəstəliklərin yeni təsirli müalicə üsullarının yaradılması prosesini sürətləndirməyə kömək edəcək. Biz çox ümid edirik ki, AlphaFold bizim xəstəlikləri dərk etməyimizə və müalicəyə çox ehtiyacı olan insanlar üçün dərmanın kəşf edilməsinə real təsir göstərəcək”deyərək DeepMind nümayəndəsi fikrini bildirib.