Koronavirus keçirmiş britaniyalıları yarım milyon rubla təkrar yoluxduracaqlar

899

Oksford Universitetində koronavirusa yenidən yoluxma ehtimalını müəyyənləşdirmək üçün tədqiqat aparılacaq. Bu barədə Sky News xəbər verir.

Tədqiqata 18-30 yaş arasındakı koronavirus keçirmiş gənclər qatılacaq. Alıimlər onları  təkrar virusla yoluxdurmağı düşünürlər. Təcrübədə iştirak üçün onlara 5 min funt sterlinq (yarım milyon rubldan çox) ödəniləcək.

Televiziya kanalının qeyd etdiyi kimi, COVID-19-lə yoluxduqdan sonra iştirakçılar 17 gün təcrid olunacaq, izləniləcək və lazım gələrsə müalicə ediləcəklər. Alimlər bu tədqiqat çərçivəsində  insan immunitetinin təkrar infeksiyaya qarşı nə qədər qoruduğunu öyrənmək istəyirlər.

Bənzər bir təcrübə ABŞ-da da həyata keçirilmişdi. Orada, statistikaya görə, sağalanların yüzdə 10-u koronavirusa yoluxmuşdur.

Daha əvvəl Braziliyalı alimlər, sarıkökdə olan və qida boyası kimi istifadə edilən polifenol curcuminin SARS-CoV-2 müalicəsi üçün potensial bir antiviral maddə olduğunu aşkar etmişdilər.

PAYLAŞ