Koronavirus pandemiyası şəraitində eynəkli insanların üstünlüyü sübut edilmişdir

572

Hindistanlı alimlərin araşdırmasına istinad edən The Sunday Telegraph-ın yazdığına görə, eynək pərəstişkarları pandemiya şəraitində daha çox qorunur, belə ki bu aksessuar koronavirusun yayılmasının qarşısını alır.

Mütəxəssislər 304 nəfər  COVID-19 xəstəsi arasında sorğu apararaq müəyyən etmişlər ki, onlardan 19%-i  çox vaxt eynək taxdır. Bu söhbətlər gündə 8 saat eynək taxanların koronavirusa yoluxma ehtimalının az olduğu qənaətinə gəlməyə imkan verib.

Alimlərin fikrincə,  bu və ya digər səbəbdən eynək taxmağa qərar verənlərin gözlərinə toxunma ehtimalı azdır. “Hər insanın üzünə saatda orta hesabla 23 dəfə toxunma vərdişi var, bu müddət ərzində o, gözlərinə təxminən üç dəfə toxunur” deyərək onlar eynəklərin bu cür təmasların tezliyini azaltdığını vurğuladılar.

Tədqiqat müəllifləri, eynəklərin virusun selikli qişalardan keçmə riskini azaldan qoruyucu bir amil ola biləcəyini də qeyd etdilər.

PAYLAŞ