Koronavirusdan sağaldıqdan sonra uzunmüddətli immunitetin yarandığı sübut edilmişdir

859

İtaliya alimləri sübut etmişlər ki, sağaldıqdan sonra koronavirusa yenidən yoluxma nadir hallarda baş verir və SARS-CoV-2 -ə qarşı immunitet isə uzun müddət qalır. JAMA Internal Medicine jurnalında dərc olunmuş araşdırma haqqında MedicalXpress-in bir press-relizində qısaca bildirilir.

Mütəxəssislər 15 mindən çox insanın tibbi qeydlərini analiz etmiş və 1579 nəfərin SARS-CoV-2-yə yoluxduğunu  aşkar etmişlər. Bundan bir il sonra, əvvəl sağlam insanların 3,95%-i koronavirus xəstəliyinə tutuldu və COVID-19-dan sağalmışların yalnız 0,31%-i (beş nəfər) ikinci dəfə xəstəliyin hücumuna məruz qaldı. Yenidən yoluxma  ilkin yoluxma halında virusun izlərinin tamamilə yox olduğu andan ən azı 90 gün sonra yeni bir infeksiyanın baş verməsi kimi müəyyən edilmişdir.

Alimlər təkrar yoluxmuş hər beş nəfərdən dördünün ya xəstəxanada işlədiyini və ya onları ziyarət etdiyini qeyd edirlər, bu da koronavirus xəstəliyinə tutulma riski ilə əlaqəlidir. Və hər beş nəfərdən yalnız birində xəstəxanaya yerləşdirilmə ehtiyacı doğuran ağır  əlamətlər var idi. İlkin yoluxmadan təkrar yoluxmaya qədər olan orta müddət 230 gün idi.

PAYLAŞ