Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihə Londonda keçirilən beynəlxalq müsabiqədə Fəxri fərmana layiq görülüb

104

Azərbaycan Respublikası Elm və Təhsli Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi layihə həyata keçirən Kaspi Liseyinin şagirdləri Altunay İbrahimova və Mirşahin İbrahimov Böyük Britaniyanın London şəhərində təşkil edilmiş Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) iştirak edib, Fəxri fərmana layiq görülüblər.

Onlar Aşqarlar Kimyası İnstitutun “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasında “Neft və neft məhsullarının buxarlanmasının qarşısını alan reagent” mövzusunda elmi tədqiqat həyata keçiriblər.

Məlumat üçün bildirək ki, North London Grammar School tərəfindən təşkil edilən tədbir 48 ölkədən 134 məktəbin 449 tələbəsini bir araya gətirib. İştirakçılar Ətraf Mühit Elmləri, Mühəndislik, Kompüter Elmləri və İncəsənət daxil olmaqla 12 kateqoriyada 310 yenilikçi layihəni təqdim ediblər.

Liseyin şagirdləri müxtəlif kateqoriyalar üzrə 3 gümüş, 2 bürünc və 2 fəxri fərman qazanıblar.

PAYLAŞ