“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin finalına qatılan məktəblilərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihələr qalib olublar.
İnstitutun icraçı direktoru k.e.d., professor Əfsun Sucayevin verdiyə məlumata görə, onun öz elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Aslanov Səid Fuad oğlu və Allahvediyev İbrahim Nizami oğlunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda yerinə yetirdikləri layihə müsabiqənin I yer – qızıl medalına layiq görülüb. Bu şagirdlər ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcəklər.
Ə.Sucayev bildirib ki, İnstitutun elmi işçiləri Könül Qəhrəmanova və Aygün Alməmmədovanın isə elmi rəhbərliyi altında Bakı şəhəri 6 saylı tam orta məktəbin XI sinif şagirdləri Kazımova Elmira Mirəli qızı və Mustafazadə Aysu Cabar qızı “Neftlə çirklənmiş torpaqların və su hövzələrinin biofitoremediasiya üsulu ilə təmizlənməsi” mövzusu üzrə yerinə yetirdikləri elmi layihə 3 cü yerə – bürünc medala layiq görülmüşlər.
Məlumat üçün bildirək ki, qalib layihələr “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə şagirdlər tərəfindən, ümumilikdə təqdim olunan 652, final mərhələsinə vəsiqə qazanan 113 layihə içərisindən ekspertlərin qiymətləndirmələri ilə seçilib.