Məlumatların ötürülməsi üçün yeni çip “5G” texnologiyasından 100 dəfə daha sürətlidir

1516

4,4 mm ölçüsündə olan mikrosxem 100 QHs-dən yuxarı tezliklərdə rabitəni təmin edir və analoqları ilə müqayisədə olduqca az enerji sərf edir. Belə qurğular gələcəyin simsiz texnologiyalarının əsasını təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni nəsil transiver analoqları ilə müqayisədə rəqəmli siqnalları daha sürətli və səmərəli emal edir. “Futurity” nəşri yazır ki, sözügedən qurğuda məlumatların ötürülmə sürəti “5G” texnologiyası ilə müqayisədə yüksəkdir. Həmçinin yenilik daha az enerji sərf edir.

Yeni texnologiyanın əsasını çiplərin ölçüsü və səmərəliliyi ilə əlaqədar fiziki məhdudiyyətləri aradan qaldırmağa imkan verən yeni rəqəmli arxitektura təşkil edir.

Müqayisə üçün, “5G” şəbəkəsinin ən yuxarı işləmə diapazonu 28-38 QHs təşkil edir.

Emil Hüseynov

PAYLAŞ