“Microsoft Edge”nin yeni funksiyası əməli yaddaşa və prosessora yüklənməni azaldır

1092

Bir çox istifadəçilər brauzerində onlarla vərəq açmağa vərdiş ediblər ki, bu da əməli yaddaşı və prosessoru həddindən artıq yükləyir. Nəticədə kompüterin məhsuldarlığı aşağı düşür. “Microsoft” bu probleminin həlli üçün yenilənmiş “Edge” brauzerinə hələ ki test rejimində olan xüsusi funksiya əlavə edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Edge Canary 87.0.643.0” versiyasında “yatmış vərəqlər” adlı yeni eksperimental seçim əlçatan olub. Bu seçimi aktivləşdirəndə qeyri-aktiv fon vərəqləri resurslara qənaət üçün “yatmış” rejimə keçiriləcək. Nəticədə istifadəçinin brauzerində bir çox vərəq açıq olduqda belə bu, kompüterin məhsuldarlığına güclü təsir etməyəcək.

Tənzimləmələrdə vərəqlərin hansı müddətdən sonra qeyri-aktiv olacağını təyin etmək olar. Taymeri 15 dəqiqədən 12 saatadək quraşdırmaq olar. Həmçinin vərəqləri “yatmış” rejimə keçirilməyəcək saytları istisnalar siyahısına əlavə etmək olar.

Emil Hüseynov

PAYLAŞ