Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

1508

“WhatsApp” messenceri “Windows Phone” əməliyyat sistemi, “Android” və “iOS” platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək. Bu haqda “Daily Mail” qəzeti məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən messencer “Windows Phone” mobil əməliyyat sistemində 2019-cu il dekabrın 31-də öz işini dayandıracaq. Həmçinin 2020-ci ilin fevralın 1-dən etibarən messencer “Android 2.3.7”-dək və “iOS 9”-dək olan versiyalarda işləməyəcək. Qəzetin məlumatına görə, milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq.

Sözügedən messencer “Android 4.0.3” və “iOS 9” versiyalarından başlayaraq digər versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatan olacaq. Şirkətin nümayəndəsi izah edib ki, bu məhdudiyyətlər messencerin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.

Emil Hüseynov

 

PAYLAŞ