18 dekabr 2020-ci il tarixində Türkiyənin İzmir şəhərində “BUCA IMSEF Beynəlxalq Elm Müsabiqəsi”nin final mərhələsi keçiriləcək. “COVİD-19” pandemiyası ilə əlaqədar ZOOM platforması üzərindən onlayn formatında baş tutacaq gənclərin elmi layihə müsabiqəsinə dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihə final mərhələsinə qatılıb. Azərbaycanı bu müsabiqədə Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli təmsil edir. Onun AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov və məktəb direktoru Sevinc Həsənovanın rəhbərliyi altında yerinə yetirdiyi “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi birincilik uğrunda mübarizə aparacaq.
Ana səhifə
Xəbərlər Mingəçevir məktəblisinin yerinə yetirdiyi elmi layihə dünya gənclərinin beynəlxalq müsabiqəsində birincilik uğrunda...