Mühəndislər körpünü böyük bir elmi alətə çevirdilər

1702

Kaliforniyadakı yeni körpü seysmik sensorlarla doldurulacaq.

ABŞ  infrastruktur obyektlərinə  yeraltı təkanlar  sensorunun yerləşdirilməsi ilk dəfə deyil. Lakin  San Pedro ilə Long Beach arasındakı yeni bir körpü unikal olacaq.

Tarixdə ilk dəfə olaraq 75 sensor, körpü istifadəyə verildikdən sonra qurulan əlavələr deyil, konstruksiyanın  bir hissəsi olscaq.

Körpünün uzunluğu 2460 futdur. 1960-cı illərin sonlarında inşa edilmiş Gerald Desmond adına əvvəlki körpünün əvəzinə  tikiləcək. Elmi əhəmiyyətindən başqa o, mühüm nəqliyyat magistralının bir hissəsi olacaqdır.

Körpü sensorları məlumatları inteqrasiya edilmiş seysmik sistemə ötürəcək. Bu məlumatlardan Amerikanın  bütün  ştatlarını seysmologları  istifadə edə biləcək. Körpünün qiyməti  bir yarım milyard dollar olacaq, belə bir “cihaz “100 il xidmət edəcək.

PAYLAŞ