Kaliforniyadakı yeni körpü seysmik sensorlarla doldurulacaq.
ABŞ infrastruktur obyektlərinə yeraltı təkanlar sensorunun yerləşdirilməsi ilk dəfə deyil. Lakin San Pedro ilə Long Beach arasındakı yeni bir körpü unikal olacaq.
Tarixdə ilk dəfə olaraq 75 sensor, körpü istifadəyə verildikdən sonra qurulan əlavələr deyil, konstruksiyanın bir hissəsi olscaq.
Körpünün uzunluğu 2460 futdur. 1960-cı illərin sonlarında inşa edilmiş Gerald Desmond adına əvvəlki körpünün əvəzinə tikiləcək. Elmi əhəmiyyətindən başqa o, mühüm nəqliyyat magistralının bir hissəsi olacaqdır.
Körpü sensorları məlumatları inteqrasiya edilmiş seysmik sistemə ötürəcək. Bu məlumatlardan Amerikanın bütün ştatlarını seysmologları istifadə edə biləcək. Körpünün qiyməti bir yarım milyard dollar olacaq, belə bir “cihaz “100 il xidmət edəcək.