AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan laboratoriya müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi və kiçik elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə (Müsabiqə İnstitutunun rəsmi internet saytında (02 noyabr2021-ci il), “Respublika” qəzetində (04 noyabr 2021-ci il №239 (7135) və “Elm” qəzetində (05 noyabr 2021-ci il №38 (1300) sayında dərc edilmiş elanlar yerləşdirilmişdir.) ilə əlaqədar yaradılmış Müsabiqə Komissiyasının qərarına (21 dekabr 2021-ci il, prot. № 3) əsasən “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasında vakant olan laboratoriya müdiri yeri üzrə müsabiqəyə institutun “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi Nəbiyev Oruc Qərib oğlu, “Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr” laboratoriyasındakı vakant olan baş elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri Əliyeva Mahizər Nəcəf qızı, “Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr” laboratoriyasındakı vakant olan aparıcı elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının böyük elmi işçisi Osmanova Səbiyə Fərhad qızı, “Zərif üzvi sintez” laboratoriyasındakı vakant olan böyük elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun “Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr” laboratoriyasının elmi işçisi Məmmədyarova Xədicə Nizami qızı və “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın böyük laborantı Behbudova Həcər Zöhrab qızı buraxılmışdır.