Müsabiqənin nəticələri

490

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan 4 böyük elmi işçi, 4 elmi işçi, 6 kiçik elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə (Müsabiqə İnstitutunun rəsmi internet saytında (07 iyul 2022-ci il), “Respublika” qəzetində (08 iyul 2022-ci il №143 (7325) və “Elm” qəzetində (08 iyul 2021-ci il №25 (1335) sayında dərc edilmiş elanlar yerləşdirilmişdir) ilə əlaqədar yaradılmış Müsabiqə Komissiyasının qərarına (22 avqust 2022-ci il, prot. № 2) əsasən aşağıdakılar müsabiqəyə buraxılmışdır:

“Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasındakı vakant olan böyük elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın elmi işçisi İsmayılov İnqilab Paşa oğlu;

 “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasındakı vakant olan böyük elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın elmi işçisi Qəhrəmanova Könül Ramiz qızı;

Mühafizəedici üzvi birləşmələr” laboratoriyasındakı vakant olan böyük elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın elmi işçisi Səfərova Leyla Ramiz qızı;

Mühafizəedici üzvi birləşmələr” laboratoriyasındakı vakant olan böyük elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın elmi işçisi Quliyeva Qaratel Məhərəm qızı;

Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasındakı vakant olan elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın kiçik elmi işçisi İsmayılova Günay Gəray qızı;

Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasındakı vakant olan elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın mühəndisi İbrahimova Təranə Muradağa qızı;

Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasındakı vakant olan elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın kiçik elmi işçisi Hüseynova Mənsurə Teyfur qızı;

Zərif üzvi sintez” laboratoriyasındakı vakant olan elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın kiçik elmi işçisi Əsgərova Kəmalə Tağı qızı;

“İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının laborantı Vahidzadə Leyla Kamal qızı;

 “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının böyük texniki Məcdi Nərgiz Səməd qızı;

Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın böyük laborantı Cəfərov Samir Səfər oğlu;

Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın böyük texniki İsakov Mirəli Elxan oğlu;

Sürtkü kompozisiyaları” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın laborantı Qasımova Mətanət İntiqam qızı;

Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasındakı vakant olan kiçik elmi işçi vəzifəsi üzrə müsabiqəyə institutun sabiq doktorantı Mahmudov İbadulla Həsən oğlu.

 

PAYLAŞ