Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “Akademik Əli Quliyev adına mükafat” müsabiqəsi keçirildi. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alimin layiq görülməsi nəzərdə tutulmuşdu. Namizədlərin seçimi zamanı onların "Tomson Reuters" Agentliyinin...
Məlum olduğu kimi, artıq dünyanın ən çox gəlir əldə edən şirkətləri texnologiya şirkətləridir. Beləliklə, işçiləri ən çox qazanan firmalar olaraq da elə bu İT şirkətlər qarşımıza çıxır. Bu istiqamətdə New York Times ilə birlikdə bir araşdırma aparan Equilar şirkəti  gəliri 1 milyard dollardan çox, ictimaiyyətə açıq şirkətlərin CEO-larının (icraçı direktorların) daxil olduğu bir siyahı hazırlayıb. Xeberler.az siyahıya istinadən texnologiya sektorunun ən...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib. Qurumdan Xeberler.az -a daxil olan açıqlamada bildirilir: "Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində...
Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk NASA-nın təşkilatçılığı ilə keçirilən “Cubes İn Space” müsabiqəsinin qalibi olub. Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, ən yüngül və miniatür kosmik aparatı təqdim edib. Onun ixtira etdiyi peyk 12 dəqiqəsi mikroqravitasiya şəraitində olmaqla 4 saatlıq suborbital uçuşu həyata keçirəcək. Peykin işə salınması 21 iyun tarixində NASA-nın ABŞ-ın Virciniya ştatında yerləşən start meydançasından nəzərdə tutulub. Hindistanın...
AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülmüş alimin adı açıqlanıb. Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev müxtəlif funksiyalı xassələrə malik üzvi birləşmələrin, o cümlədən yüksəktəsirli aşqarların məqsədyönlü sintezi və onlar əsasında müasir tələblərə cavab verən sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi nəticələrə görə AMEA-nın akademik Yusif...
AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən "İLİN ALİMİ" ali media mükafatı ilə təltif edilib. Alim bu mükafata keçirilmiş rəy sorğusuna görə, ziyalı olaraq ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti və vətənə, xalqa xidmətlərinə görə layiq görülüb. Elxan Isakovun...
Martın 14-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib. Tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edib. Təqdimatçı bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandır. Qeyd edib ki, 1925-ci ildən fəaliyyət göstərən təşkilatın əsas vəzifəsi tələbə, doktorant və elm adamlarının mübadiləsi...
ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur. AZƏRTAC "Vistanews"a istinadla xəbər verir ki, çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər. Ümumilikdə, nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və...
İndi demək olar ki, bütün evlərdə mobil telefon, kompüter və s. var. Hər kəs bu və ya digər dərəcədə elektromaqnit və radiasion şüalanmaya məruz qalır. Kiçik dozalarda şüalanma sağlamlıq üçün o qədər də təhlükəli deyil, lakin alimlər uzun müddət davam edən hətta çox kiçik dozalı şüalanmaların orqanizmə xüsusilə ziyanlı təsir göstərərək hüceyrələrdə genetik dəyişikliklərə, bədxassəli törəmələrin inkişafına, maddələr mübadiləsi...
Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir. Əksər insanlarda bu qabiliyyətin tədricən itməsi nəticəsində gözün korreksiyası üçün eynək və ya kontakt linzaları kimi optik cihazlardan istifadə tələb olunur. Adətən belə cihazlar yalnız bir problemi - yaxındangörməni (yaxında yerləşən əşyaları yaxşı, uzaqda olanları pis görmək) və ya uzaqdangörməni (həm uzağı, həm də...