Populyar sosial şəbəkədə istifadəçi məlumatlarını oğurlamaq imkanı aşkarlanıb

978

Populyar “TikTok” sosial şəbəkəsində hakerlərə istifadəçilərin şəxsi məlumatlarını toplamağa imkan verən yeni təhlükəli boşluq aşkarlanıb. Bu barədə “Check Point” şirkətinin press-relizində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən ikinci dəfədir “TikTok” təhlükəsizliyində boşluqlar aşkarlanır. Yeni səhv profil məlumatlarını, o cümlədən telefon nömrəsini, istifadəçi adı və unikal identifikatorunu oğurlamağa imkan verir. Həmçinin profil fotoşəkillərinə baxmaq və hesab quraşdırmalarını dəyişmək mümkün olur.

Problem sosial şəbəkənin “Dostlar tap” funksiyası ilə əlaqədardır. Orada şirkət əməkdaşları bir sıra “TikTok” mühafizə mexanizmlərini dəf edərək istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.

Hakerlər bu boşluğu aşkarlaya, istifadəçilər haqqında əldə edilən informasiyanı isə cinayətkar məqsədlər üçün istifadə edə bilərlər. Bununla əlaqədar “Check Point Research” şirkətinin əməkdaşları “TikTok” sahibini “ByteDance” adlı boşluğun aşkarlanması barədə məlumatlandırıblar.

ictnews.az

PAYLAŞ