Qan damarları üçün faydalı olan qoz müəyyənləşdirilib

785

Ondan hazırlanan məhsulları da yemək olar.

Alimlər 74 min nəfərin iştirakı ilə araşdırma apararaq beyin insultu və işemiyası riskini azaltmaq üçün hansı qoz -fındıqdan istifadənin faydalı olduğunu öyrəniblər.

Araşdırmada 45-74 yaşlı yaponlar iştirak ediblər. Onların heç birinin əvvəllər ürək və qan damarları ilə bağlı problemləri olmayıb. 15 il ərzində onlar müşahidə olunub. Nəticədə təxminən 3,6 min beyin insultu və işemiyası hadisəsi qeydə alınıb.

Tədqiqatçılar beyində qan damarları ilə bağlı problemlərin yaranma ehtimalının insanların nə qədər fıstıq və fıstıq əsaslı qidadan istifadəsindən asılı olduğunu aşkar ediblər. Nəticədə məlum olub ki, gündə təxminən 4-5 fıstıq  yeməklə  beyin insultu riskini 16%, beyin işemiyasını isə 20% azaltmaq mümkündür. Ümumiyyətlə, ürək və qan damarlarının işində problem riski 13% azalmışdı. Bu həm kişilərə, həm də qadınlara aid idi.

PAYLAŞ