Qan qrupları həyatımıza necə təsir edir?

2975

Bədənimizdə durmadan dövr edən qırmızı rəngli mayenin həyatdakı rolumuza, xarakterimizə, karyera və uğurlarımıza, tərəf müqabilimizə olan münasibətimizə, valideyn olmaq hissini yaşamağımıza belə birbaşa təsir etdiyini bilirdinizmi?

Yaponiya tədqiqatçılarının fikrincə, insan orqanizminin kimyası ilə şəxsiyyət arasında əhəmiyyətli bağlar var, qan qrupu da bunlardan biridir.

Qan qruplarına xas xüsusiyyətlər araşdırıldıqda maraqlı nəticələr ortaya çıxıb. Belə ki, 0 (I) qan qrupu daşıyan insanların özünə güvənən, cəsarətli insanlar, A (II) qrupundakı insanların əsəbi və həssas bir quruluşa sahib, B (III) qrupundakıların digərləri ilə uyumlu olub, ünsiyyəti yüksək və yaradıcı fikirlərə sahib və AB (IV) qrupundakı insanların isə ən diqqət cəlbedici və maraqlı insanlar olduqları müəyyən edilib. Ən qədim qan qrupu 0 qrupudur. 0 qrupu “ovçu”, A qrupu “əkinçi”, B qrupu “köçəri”, AB qrupu isə “müasir” olaraq adlandırılıb.

0 qrupu qadını: Uşaqları biraz böyüyən kimi iş həyatına qayıtmaq istəyir. Yemək hazırlamağı sevmirlər. Mətbəx xərclərini azaldıb özlərinə yeni paltar almağı üstün tuturlar.

A qrupu qadını: Modaya, havaya və zamana adaptasiyada problem yaşamırlar. Uşaqları çox sevir və adətən uşaqlarına vaxt ayırdıqlarından bu həyat yoldaşlarına diqqəti kölgədə qoyur. Pul xərcləməyə meyillidirlər. Dəyişiklikləri sevirlər.

B qrupu qadını: Pul mövzusunda ya həddən artıq xəsis, ya da çox əliaçıqdırlar.

AB qrupu qadını: Bər-bəzəyə meyillidir. Pul mövzusunda qənaətcil biridir. Yemək bişirmək və gözəl süfrə açmaqda çox bacarıqlıdır.

PAYLAŞ