Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən yeni plastır hazırlanıb

960

Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış plastır qan təzyiqi, ürək döyüntülərinin tezliyi, qlükoza, həmçinin alkoqol və kofeinin səviyyəsinə nəzarət edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, bu, insan orqanizmində eyni vaxtda ürək-damar siqnallarına və bir neçə biokimyəvi prosesə nəzarət edən ilk daşınan qurğudur.

Belə qurğu yüksək təzyiqdən, diabetdən əziyyət çəkənlər və ya “COVID-19”un ağır formasına meyilli olan insanlar üçün nəzərdə tutulub. O, həmçinin sepsisin (laktatın səviyyəsinin artması ilə müşayiət olunan arterial təzyiqin qəfil aşağı düşməsi) aşkar edilməsi məqsədilə istifadə edilə bilər.

Emil Hüseynov

 

PAYLAŞ