“Qualcomm” ultrasəs texnologiyası əsasında işləyən barmaq izi sensorunu təqdim edib

1938

“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar üçün əsas çip tədarükçüsü olan “Qualcomm” şirkəti ultrasəs texnologiyası əsasında işləyən barmaq izi skanerini təqdim edib. “3D Sonic Sensor” sistemi ultrasəs dalğaları vasitəsilə papillyar naxışı skan edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni texnologiya ultrasəs dalğaları buraxaraq dəri quruluşunun “3D” modelini yaradır ki, bu da daha yüksək dəqiqlik və tanıma sürətini təmin edir. Sözügedən texnologiya nəm və çirkli əllərdəki izləri, hətta qanaxmanı tanıya bilir. Kəsilmiş barmaq və ya saxta iz vasitəsilə yeni həlli aldatmaq mümkün deyil.

Bundan başqa, geniş yayılmış tutumlu sensorlardan fərqli olaraq, “3D Sonic Sensor” ekranın alt hissəsinə yerləşdirilə bilər ki, bu da istehsalçılara qurğuların ön panelində daha çox yer saxlamaq imkanı verəcək.

 

PAYLAŞ