Rəqəmsal əbədilik və təhlükəli robotlar: futuroloq Mito Kaku bəşəriyyətin gələcəyi haqqında danışdı

2137

Futuroloqun ən çox rezonansa səbəb olan  ifadəsi  2100-cü ilədək bəşəriyyətin əbədi yaşamağa nail olmasıdır. Bu günə qədər yaşlanma prosesi üçün cavabdeh olan təxminən 60 gen müəyyən edilmiş və Kaku əmindir ki, əsrin sonunda alimlər bu fenomeni  tam dayandırana qədər ona nəzarət edə biləcəklər. Alim hesab edir ki, yaşlanma yalnız genetik səhvlərin yığılması prosesidir. Onları aradan qaldıraraq insan əbədi yaşaya biləcək.

Digər bir maraqlı proqnoz isə İnternetin Breynetlə əvəz olunmasıdır. Gələcək 80-100 il ərzində alimlər insan düşüncələrini oxumağı və rəqəmləşdirməyi öyrənməlidirlər. Arzuların fotoşəkli kimi ağlabatmaz bir şey reallıq olacaq. Hər birimiz (daha doğrusu bizim nəvələrimiz) düşüncə və duyğularımızı başqaları ilə xüsusi neyrointerfeyslər vasitəsilə birbaşa paylaşa bilərik. Ağlın rəqəmləşdirilməsi də sənəti tamamilə dəyişdirə bilər. Məsələn, bir şəkil yaratmaq üçün onun haqqında düşünmək kifayət edəcək və filmlər isə insanın başında “çəkiləcək”.

Mitio Kaku bütün proqnozları optimistik deyil. Alim hesab edir ki, süni intellektin inkişafı gec-tez robotları insanlar üçün təhlükəli edəcək. Dünyada olan ən ağıllı robotlardan biri Asimo, Kakunun dediyi kimi, “tarakan ağlına” malikdir. Əsrin sonuna qədər onlar şərti meymunu qabaqlayıb şüur ​​qazana bilər. Bu belədirsə – robotlar valideyn nəzarəti altından çıxmaq üçün  mübarizəyə  başlaya bilər və onları məhdudlaşdırmaq barədə indi düşünmək lazımdır.

Kaku həmçinin əmək bazarının necə dəyişəcəyinə dair proqnoz da verib. Süni intellekt brokerlər, mühasiblər, kassirlər, hüquqşünas köməkçiləri və menecerləri tamamilə sıxışdıracaq. Lakin bağban, santexnik və ya zibilçi kimi sadə işlər insanlara qalacaq. Çünki robot tanımadığı nümunələri pis seçir və onun sağlam düşüncəsi yoxdur. Buna görə zibili faydalı şeylərdən seçmək və gözəllik yaratmaq  insanların öhdəsinə düşəcək.

PAYLAŞ