Rusiyada yeni nəsil bioloji parçalana bilən plastik yaradıldı

1188

RİA Novosti xəbər verir ki, rus alimləri filmlər və çantaları daha ekoloji təmiz məhsullarla əvəz etməyə imkan verəcək bioloji parçalana bilən plastik resept hazırladılar. Vyatka Dövlət Universiteti (VyatSU) və N.N.Semenyov adına Kimyəvi Fizika İnstitutunun alimlərinin nailiyyətləri Polymers jurnalında nəşr edilib.

Verilən məlumata görə  yeni material polilaktik turşuya əsaslanır. Alimlərin fikrincə, bu,yaradılmasında  bitki biokütləsindən ayrılmış komponentlərdən istifadə olunan ən perspektivli biopolimerdir. Bundan sonra, onlar qarışdırılır və nəticə tamamilə bitki mənşəli məhsul aılnır, sonra isə kompost çuxurunda parçalanır.

“Bioloji parçalana bilən material, klassik plastikdən fərqli olaraq daha yaxşı və təkrar emal edilə bilər, çünki onun istehsalında bərpa olunan bitkidən istifadə edilir “, – deyərək VyatSU-nun Kimya və Polimerlərin kimyası və təkrar emalı texnologiyaları kafedrasının dosenti Andrey Burkov vurğuladı.

PAYLAŞ