“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi keçirilmişdir

101

17-19 aprel 2024-cü ildə  Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqədə iştirak edən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə 652 layihəsi təqdim olunmuşdur, onlardan 113 layihə sərgidə iştirak hüququ qazanmışdır.

Layihənin əsas məqsədi elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir. Müsabiqə üzrə elmi tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilmişdir. Qiymətləndirmə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılmışdır.

ARETN akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işçiləri Könül Qəhrəmanova və Aygün Alməmmədovanın elmi rəhbərliyi altında Bakı şəhəri 6 saylı tam orta məktəbin XI sinif şagirdləri Kazımova Elmira  Mirəli qızı və Mustafazadə Aysu  Cabar qızı “Neftlə çirklənmiş torpaqların və su hövzələrinin biofitoremediasiya üsulu ilə təmizlənməsi” mövzusu ilə müsabiqədə iştirak edərək Ekspertiza Komitəsi tərəfindən yüksək qiymətləndirilərək 3 cü yerə – bürünc medala layiq görülmüşlər.

 

PAYLAŞ