Yeni modeli mənzildə divara quraşdırmaq və otağı kinoteatra çevirmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, alıcılar “MicroLED” modulyar texnologiyasının köməyi ilə displeyin ölçüsünü özləri quraşdıra bilərlər.
Panellərin qalınlığı 3 sm olduğuna görə onları istənilən yerə quraşdırmaq mümkündür. “The Wall Luxury” televizorunun ən yüksək parlaqlığı 2000 nit, ekranın yeniləmə tezliyi isə 120 Hers təşkil edir. İstehsalçı televizora 11 il zəmanət verir.
“Samsung” şirkəti “The Wall Luxury” televizorlarının qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verməyib.
Emil Hüseynov