Separatçıları azğınlaşdıran fransız həyasızlığı

169

Avqustun 16-da Ermənistanın və Qarabağın separatçılarının BMT-nin Təhlülkəsizlik Şurasından aldıqları rüsvayçı zərbədən sonra Laçın yolu ətrafındakı “humanitar” şousuna son qoyulacağını təxmin etmişdik. Lakin bu dəfə də ermənilərlə bağlı gümanımda yanıldım. Erməni erməniliyindən əl çəkmək istəmir. Onların düzüb-qoşduğu tamaşaya bacıları fransızlardan dəstək gəldi. Belə ki,  Fransa Qarabağ ermənilərinə humanitar yardım göndərmək qərarı verib. Qərarın ardınca 10 yük avtomobili İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə göndərilib. Hətta Ermənistan mediası, həmçinin, avtomobillərin İrəvanda Respublika Meydanından yola düşməsinin görüntülərini də yayıblar. Bildirilir ki, humanitar yüklə birgə Parisin və Strasburqun merlərinin içərisində olduğu fransalı nümayəndə heyəti də Laçın yoluna gedib.

Bu addım Fransa prezidenti Emmanuel Makronun bir gün öncə Ermənistan baş naziri Paşinyan və Azərbaycan dövlət başçısı cənab İlham Əliyevlə danışığından sonra atıldığı üçün, həm ermənilər, həm də Qarabağ seperatçıları sevinirdilər ki, “fransız yardımı” Laçın keçid-nəzarət məntəqəsindən maneəsiz keçib onlara çatdırılacaq. Ay siz öləsiniz elə, çox gözlərsiniz!

Cənab İlham Əliyevin “Laçın şəhər günü”ndə etdiyi çıxışını bir daha dinləyin. Axı, təkrar dinləməkdə bir xeyir var. Orada sizə açıq xəbərdarlıq etmədi ki, bizi iradəmizin əksinə nəsə etməyə heç kim məcbur edə bilməz və bunu erməni vətəndaşları nə qədər tez anlasa yaxşı olar. Yoxsa, zaman ziyanınıza işləyir. Bizim də səbrimizin bir həddi var. Dəmir Yumruq heç yerə getməyib, yerindədir. Unutmayın, ərazi bütövlüyümüzü təhdid edən hər bir təxribatçı hərəkətiniz cavabsız qalmayacaq. Amma bu dəfə yağlı şapalağın arxasında, möhkəm bir təpik də dəyəcək ki, daha bir də yerinizdə qalxa bilməyəsiniz.

Bəzən daha çox düşük, yersiz hərəkətləri ilə gündəm olan Emmanuel Makron kimi prezidentləri görüb, düşünürəm ki, ilahi, dünyanı necə rəzil adamlar idarə edir.

Dünya tarixində müstəmkəçilik siyasəti, azsaylı millətlərə və xalqlara qarşı etdikləri soyqırım, əxlaqsız davranışları ilə ad çıxaran bir ölkənin baş diplomatı Azərbaycanın Qarabağ ermənilərini guya blokadada saxlaması hərəkətlərini əxlaqsız davranış adlandırır.

Ay bədbəxtlər, əxlaqsız davranış özünü BMT-də dünyanın 5 əsas güc mərkəzindən biri hesab edib, bu üstünlükdən öz maraqları üçün sui-istifadə edərək, özünün yalan və uydurmalarına başqalarını da alət etmək çağrışlarıdır. Əxlaqsızlıq başıbəlalı Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri kimi 30 il Azərbaycanın 20 faiz torpaqlarının bacıları tərəfindən işğal edilməsinə, bir milyon qaçqın və məcburi köçkünün yurdundan-yuvasından didərgin düşməsinə, onların ev -eşiklərinin vəhşi tayfalar tərəfindən boş divarlarına, daş-kəsəyinə qədər yağmalanmasına göz yummaq və ermənilərin insanlığa zidd belə əməllərinə haqq qazandırmaqdır.

Görünən odur ki, 44 günlük Vətən Müharibəsində məğlub olan tək Ermənistan deyil, onlardan çox fransızlar dərin üzüntüyə qərq olublar. Hər bir vəchlə çalışırlar ki, Azərbaycan Qarabağ problemini özünün daxili məsələsi kimi birdəfəlik həll etməsin. Sən bir işə bax: I Qarabağ müharibəsində əli neçə-neçə günahsız azərbaycanlı qoca, qadın, körpə qanına batan qatil Vaqif Xaçaturyanın və ya dövlət, müstəqillik atributumuz olan bayrağımızı təhqir edən futbolçuların həbs edilməsini bir ovuc Qarabağ ermənilərin bölgədən qovulmasına yönələn addim adlandırılar. Sizin üçün namus-qeyrət nə olduğunu bilməsək də, bizim üçün torpaq da, bayraq da, himn də ən böyük namusdur, qeyrətdir. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə elə-belə deməyib ki, Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim!

Uca türk milləti heç vaxt başqa ölkənin bayrağına əl uzatmayıb. Yalnız erməni separatçıların əski paçrasını ayaqlar altına atmışıq, yandırmışıq. İndi həm xalqımıza namərdəcəsinə düşmən kəsilmiş qəddar qaniçənləri, həm də bayrağımızı yerə atanları bir-bir yaxalayıb, dərsini veririk, yaxşı da edirik.

Heyhat! Xankəndində separatçıların göstərdiyi “aclıq” tamaşasına xarici ölkələrdə hələ də inananlar var. Dövlətimiz həmişə olduğu kimi humanizm prinsipini rəhbər tutaraq Xankəndindəki erməni vətəndaşları üçün 40 tonluq (könül istərdi ki, bunu 44 ton edib, onlara qələbə simvolumuzu xatırladıb, gözdağı edərdik) humanitar yardım – un və un məmulatları göndərib. Ancaq Ruben Vardanyanın separatçı tör-töküntüləri Ağdam-Xankəndi yolu ilə göndərilən bu yardımın qarşısını kəsib, onu qəbul etmək istəmirlər. Məgər, bu fakt da Xankəndində humanitar fəlakətin olması ilə bağlı uydurulan yalanların həqiqəti əks etdirmədiyini sübut etmirmi? Həqiqətən, əgər orada aclıq olsaydı, o zaman bu yardımı qəbul edər, xalqımıza da minnətdarlıq edərdilər.

Bütün yaşananlar onu deməyə əsas verir ki, Xankəndimizdə sadə erməniləri girovluqda saxlayan Arayik Harutyunyanlar, Ruben Vardanyanlar, Savmel Babayanlar və daha neçə-neçə yanlar Azərbaycanın Ali Baş Komandanının, qəhrəman igid əsgərlərinin, yenilməz xalqımızın yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər. Çünki reallığı qəbul etmək qurduqları səltənəti Bayıl türməsinə dəyişmək olacaq. Amma artıq onlar üçün yolun sonu görsənir. Yaxşısı, dirəşməyin, gec-tez təslim olacaqsınız. Bunu könüllü edin ki, bəlkə mərhəmətli xalqımız dirinizi yox, nəvaxtsa ölünüzü bağışlasın.

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü,

elmlər doktoru

PAYLAŞ