Smartfon vasitəsilə koronavirus testi edən qurğu hazırlanıb

1039

Fransanın Lil Universitetinin alimləri istifadəçiyə mobil telefon vasitəsilə koronavirus testini müstəqil şəkildə etməyə imkan verən “Cordial” adlı qurğu hazırlayıblar. Bu barədə “France Info” radiostansiyasının məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, qurğu formasına görə mobil telefonun çıxışına qoşulan “USB” fləş toplayıcısını xatırladır. Qurğuya burundan yaxma metodu ilə götürülmüş mayenin bir neçə damcısının sürtüldüyü birdəfəlik test zolağı yerləşdirilir. On dəqiqədən sonra nəticə qrafik və rəqəmli göstəricilərlə birlikdə smartfon ekranında göstərilir.

“Cordial” qurğusunun iş mexanizmi koronavirus sensorunun reaksiya verdiyi S zülalları ilə əhatə olunmasındadır. Baş tərtibatçı, professor Sabin Şunersin bildirdiyinə görə, testlər polimeraz zəncir reaksiyasının (PZR) mənfi və müsbət testlərinin 88 faizi ilə üst-üstə düşür.

Hazırda alimlər qurğunu sənaye istehsalına istifadəyə verməyə kömək edəcək sponsorlar axtarışındadır.

PAYLAŞ