Smartfonlar üçün “Chrome” brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb

1210

Smartfonlar üçün “Chrome” brauzeri, daha dəqiq onun “Canary” versiyası istifadəçilərin şifrlərini təhlükəsizlik baxımından yoxlamağa başlayıb. Proqram şifrləri internetə sızmış məlumat bazalarında axtaracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, brauzerin sazlamalarında yeni “Bulk password check” seçimi əlçatan olub. Bu seçimi aktivləşdirdikdə “Chrome” brauzeri bütün saxlanmış parolları yoxlaya biləcək. Brauzer bəzi şifrlərə müdaxilə edildiyini aşkar etdikdə bu haqda xəbərdarlıq edəcək.

Əgər yeni funksiyanı yoxlamaq istəyirsinizsə, onda “Play Store”dən “Google Chrome Canary”nin son versiyasını yükləmək lazımdır.

Emil Hüseynov

PAYLAŞ