Startup Air Company Pentaqon ilə CO2-dən təyyarə yanacağı istehsalı üçün müqavilə imzalayıb

406

Müasir texnologiya sayəsində “havadan reaktiv yanacaq” ifadəsi fantaziyadan reallığa çevrilib. Amerikanın təmiz təyyarə yanacağı istehsalı üzrə ixtisaslaşmış Air Company Startapı  havadan ayrılan  CO2 əsasında yanacaq istehsalı üçün Pentaqon ilə 65 milyon dollarlıq müqavilə imzalayıb.

Aviaşirkətdən verilən məlumata görə, yanacaq katalizatorun iştirakı və Fişer-Tropş üsulu ilə  dəm qazı (CO) və hidrogenin H2 müxtəlif maye karbohidrogenlərə kimyəvi çevrilmə  reaksiyaları əsasında istehsal olunacaq. Bu halda yanacaq spirtləri və parafinə çevrilmə baş verir. Distillədən sonra bu komponentlər ayrılır, daha sonra onlardan, məsələn, araq, ətir və dezinfeksiyaedici maddələrin istehsalında istifadə edilə bilər.

Hələlik şirkətin ekoloji cəhətdən təmiz yeni yanacaq istehsal etmək qabiliyyəti CO2-nin qlobal səviyyəsinə təsir göstərə bilmir. Bununla belə, Air Company-nin baş direktoru Qreqori Konstantinin sözlərinə görə, əgər digər reaktiv yanacaq istehsalçıları onun karbon təşəbbüsünə qoşulsalar, CO2 emissiyaları çox yaxın gələcəkdə 10% azaldıla bilər.

Yeni yanacağın effektivliyi artıq ABŞ Hərbi Hava Qüvvələri və Hollandiyanın KLM aviaşirkəti tərəfindən aparılan sınaqlarla təsdiqlənib və daha üç aviaşirkət Boom, JetBlue və Virgin Atlantic onun tədarükü üçün çoxillik müqavilələr imzalayıb.

PAYLAŞ