Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun professoru H.Ə.Cavadova və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin əməkdaşı İ.A.Cəfərovanın birgə müəllifi olduğu monoqrafiya “Elm” nəşriyyatında çap olunub.
“Sürtkü yağlarının mikrobioloji zədələnməsi” mövzusunda monoqrafiyada verilən məlumat neft məhsullarının müxtəlif təsirlərə məruz qalaraq onların ilkin göstəricilərinin bakteriyaların, xüsusən mikrob və göbələklərin vasitəsi ilə dəyişilməsinə qarşı oxucuların diqqətini ümumdünya problemin həllinə yönəltmək və onunla mübarizə yollarının nə qədər iqtisadi, ekoloji və elmi-praktiki əhəmiyyətə malik olduğunu göstərməkdir.
Monaqrafiyada müxtəlif tərkib və quruluşa, tətbiq sahəsinə malik olan sürtkü yağlarına biosidlərin təsiri geniş tədqiq edilərək qanunauyğunluqlar müəyyənləşdirilmiş və tətbiq üçün tövsiyələr verilmişdir.
Nəfis tərtibatda hazırlanan kitabdan kimya sahəsində çalışan elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və digər kimyaçı mütəxəssislər faydalana bilər.