Tələbələr Aşqarlar Kimyası İnstitutunda təcrübə keçəcəklər

135

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) PHŞ-nin Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə tələbələri il boyu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar  Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər. Bununla əlaqədar 28 noyabr 2023-cü il tarixdə İnstitutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

Görüşdə Aşqarlar Kimyası İnstitutunun Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov təcrübə keçəcək tələbələri institutun tarixi, laboratoriyaları haqqında məlumatlandırıb və bildirib ki, təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələrin aparılmasında yaxından iştirak edəcəklər və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq edəcəklər. Bu da onların əldə etdikləri nəzəri bilik və bacarıqlarının təcrübi yolla möhkəmlənməsinə imkan verəcək.

Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

PAYLAŞ