Təyyarə qatara çevrildi

1985

Fransanın “Akka Technologies” şirkəti təyyarə və qatarın hibrid layihəsini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, “Link & Fly” layihəsinin video çarxı yayımlanıb.

Kadrlardan da görünür ki, “Link & Fly” yerə endikdən sonra qanadlarını yığır və adi qatar kimi yoluna davam edir.

Təyyarənin ölçüləri “Airbus A320” ilə eynidir. Onun qanadları 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metrdir. Təyyarə 160 sərnişin üçün nəzərdə tutulub.

Ölkə.Az

PAYLAŞ