Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər Şurasının üzvləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə güllər düzüblər.