Vaqif Fərzəliyev: “Fəxr edirik ki, Dövlət Mükafatına layiq görülən elmi-texniki kompleks işimiz ölkənin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına xidmət edəcək”.

230

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Iclasda  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il üçün Azərbaycan Respublikasının texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili”  kompleks elmi-texniki işinə görə İnstitutun alimləri akademik Vaqif Məcid oğlu Fərzəliyevə, professorlar Həqiqət Əliəşrəf qızı Cavadova və  Əfsun Rəzzaq oğlu Sucayevə Dövlət Mükafatının verilməsi təntənəli şəkildə qeyd olunub.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev təqdim olunan iş haqqında geniş məlumat verib və bildirib ki, bu nailiyyətin əldə edilməsində mükafat bütün İnstitut alimlərin əməyinə verilən qiymətdir. Bu  nailiyyətin əldə edilməsində İnstitut əməkdaşlarının zəhmətinin böyük olduğunu vurğulayan V.Fərzəliyev hər bir əməkdaşı təbrik edib.

O, dövlətin ən ali mükafatına layiq görülən iş haqqında danışarkən vurğulayıb ki, İnstitutun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi tədqiqat işləridir: “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələri təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, həm də müştərək əməkdaşlıq edilən dost və qardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur”.

Akademikin sözlərinə görə, Dövlət Mükafatına layiq görülən elmi-texniki kompleks işimiz ölkənin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına xidmət edəcək.

Dövlət Mükafatı laureatları –  professorlar Həqiqət Cavadova və Əfsun Sucayev görülən işlər və onun əhəmiyyəti haqqında danışıblar.

Professor Pərvin Məmmədova, k.ü.f.d, dosent Mehparə Səfərova və k.ü.f.d, dosent Elxan İsakov cıxış edib, öz təbriklərini çatdırıblar.

 

 

 

 

 

 

PAYLAŞ