“WhatsApp” istifadəçiləri “Adidas” vasitəsilə aldadılıb

1512

Kibercinayətkarlar “WhatsApp” messencerinin istifadəçilərinə hücumlar üçün “Adidas” brendindən istifadə etməyə başlayıblar. Belə ki, fırıldaqçılar şirkətin hədiyyələri haqqında məlumatlar vasitəsilə login və parolları oğurlayırlar. Bu barədə “ESET” beynəlxalq antivirus şirkətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, fırıldaqçılar qurbanları “Adidas” şirkətinin yubileyi münasibətilə hədiyyələr vermək vədləri ilə bağlı məlumatlarla aldadırlar. Pulsuz mayka və ayaqqabıların alınması üçün istifadəçilərə qeyd olunan sayta keçmək təklif olunur.

Saxta mənbəyə keçid “Adidas” şirkətinin rəsmi saytına deyil, istifadəçilərə sorğuda iştirakın təklif olunduğu məlumatların oğurlanması üçün istifadə edilən saxta səhifəyə aparıb. Hədiyyələrin əldə edilməsi üçün müsabiqə haqqında məlumatın 20 kontakta göndərilməsi təklif edilib. Beləliklə, yeni istifadəçilərin fişinq kampaniyasına cəlb edilməsi təmin olunub.
Elanda “Adidas” şirkətinin köhnə loqotipindən istifadə edilib. Fırıldaqçılar tərəfindən istifadə edilən domen bir neçə ay əvvəl qeydiyyata alınıb.

Nizam Nuriyev

PAYLAŞ