“WhatsApp” messencerində istifadəçilərin yazışmaları şifrlənəcək

1047

“WhatsApp” messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, hazırda “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər “Google Drive” və ya “iCloud” bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrlənməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi “WhatsApp” messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq.

Emil Hüseynov

PAYLAŞ