“Wi-Fi” üçün yeni diapazon istifadəyə verilib

1294

“Wi-Fi” üçün yeni tezlik diapazonu (6 QHs) rəsmən istifadəyə verilib. ABŞ-ın Federal Rabitə Komissiyası bu barədə qərar qəbul edib. Bu o deməkdir ki, artıq bir neçə ay sonra istifadəçilər daha sürətli simsiz internet və ev routerləri üçün daha çox boş kanal əldə edə biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mütəxəssislər bildiriblər ki, “Wi-Fi” üçün yeni tezlik diapazonunun istifadəyə verilməsi bağlantıları daha etibarlı edəcək. Bu həm pandemiya şəraitində, həm də yeni nəsil qurğularında qurulmuş biznes həllərinin reallaşdırılması üçün vacibdir. Müasir marşrutlayıcılar 2,4 QHs və 5 QHs diapazonlarında işləyir. Ancaq ev və sənaye qurğularının çox olması səbəbindən bəzən siqnallar bir-biri ilə kəsişir ki, bu da siqnalın itməsinə səbəb olur.

Qurğuların 2020-ci ilin sonunadək 6 QHs-lik yeni tezlik diapazonunu dəstəkləməyə başlayacağı gözlənilir. Yeni qurğularda xüsusi nişan – “Wi-Fi 6E” olacaq.

Emil Hüseynov

PAYLAŞ