Xərçənglə mübarizə: İngilis alimləri “universal bir üsul” kəşf etdilər

1558

Cardiff Universitetinin bir qrup aliminin kəşfi həkimlərə xərçəng hüceyrələrinə qarşı insanın immunitet sistemini “nizamlamaq” imkanını verə bilər. Bu, xərçəngə qarşı universal dərmana yol aça bilər.

Metod hələ klinik cəhətdən sınaqdan keçirilməyib, lakin tədqiqatçılar bunun böyük potensiala malik olduğunu söyləyirlər.

BBC-nin Rusiya xidmətinin məlumatına görə, bu tədqiqatın  xülasəsi  “Nature Immunology” jurnalında dərc olunub.

Tədqiqatın mahiyyəti, immun sisteminin xərçəng şişləri ilə “qeyri-adi” mübarizə yollarını axtarmaq idi.

Alimlər  xüsusi bir T-limfositin xüsusi  növü olan hüceyrəni – insan orqanizmində immunitet üçün cavabdeh olan bir hüceyrəni aşkar edə biliblər.

Ancaq alimlərin aşkar etdiyi hüceyrə başqalarından fərqli olaraq müxləlif təhlükələrə qarşı  çıxa bilər.

“Onun bütün xəstələri müalicə edə bilmə şansı var. Əvvəllər heç kim bunun mümkün olduğunu düşünməmişdi” deyərək  tədqiqatçı Henri Sowell BBC ilə söhbətində bildirdi.

Bu necə işləyir

 T-limfositlərin (və ya T-hüceyrələrinin) səthində orqanizm  üçün təhlükəli olan antigenləri təyin edən kimyəvi reseptorlar var.

Alimlər qrupu  T-limfositləri   müxtəlif növ  xərçəng hüceyrələrinə hücum etməyə məcbur etməyə müvəffəq oldular.

Üsul ağciyər xərçəngi, qan xərçəngi, bağırsaq, döş, sümük, prostat, yumurtalıq və serviks hüceyrələri üzərində sınaqdan keçirilmişdir.

Limfosit  xərçəng hüceyrələrini məhv edərək  sağlam olanlara toxunmamışdı.

T-limfositin xərçəng hüceyrələrini sağlam hüceyrələrdən necə ayırdığı hələ dəqiqləşdirilməmişdir. Onun reseptoru insan bədənindəki hər hüceyrənin səthində olan MR1 adlı bir molekulla qarşılıqlı təsir göstərir.

Xərçəng hüceyrələrinin MR1-ni immunitet sistemini gizlətmək üçün “istifadə etdiyi” güman edilir. Bununla bərabər, Kardiffdə tapılan T-limfosit, MR1-dən hüceyrə mübadiləsinin pozulduğu və bunun bir şiş hüceyrəsi olduğu haqda siqnal ala bilər.

“Xərçəng hüceyrələrində MR1 aşkar edən T hüceyrəsini ilk dəfə bir təsvir etmişik. Heç kim bunu əvvəl etməmişdir” tədqiqatçı Harry Dalton söylədi.

Bu araşdırma öz sahəsində ilk deyil. İmmunitet sistemini xərçəngə qarşı tənzimləmək üzərində aparılan təcrübələr çoxdan aparılır.

Onlardan ən məşhuru CAR-T-dir. Bu leykemiya əleyhinə vasitə bu növ xərçəngə qarşı immunitet sistemini yenidən proqramlaşdırır. CAR-T oldupu halda T-limfositlər xərçəng hüceyrələrini tapmaq və məhv etmək üçün genetik olaraq yenidən proqramlaşdırılır.

Sonra dəyişdirilmiş limfositlər xəstənin bədəninə qaytarılır, xərçəng hüceyrələri ilə qarşılaşdıqda onların sayı artır.

PAYLAŞ