YAP Aşqarlar Kimyası İnstitutunun Ərazi Partiya Təşkilatının sədri diplomla təltif edilib

40

YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər.

Azərbaycan Respublikasının himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış video-rolik nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatında aparıcı yer alır.

Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi çətin yoldan, zamanın sınağından danışıb. Həmin dövrə qədər Azərbaycanda baş verən hadisələri xüsusilə qeyd edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai- siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər Fəxri fərman və diplomlarla mükafatlandırılıb. Məlumat üçün bildirək ki, diplomla təltif olunanlardan da biri də YAP Aşqarlar Kimyası İnstitutunun Ərazi Partiya Təşkilatının sədri, İnstitutun aparıcı elmi işçisi, k.ü.f.d. Vəli Kazımov olub. Onun və rəhbərlik etdiyi Ərazi Partiya Təşkilatın 2021-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

PAYLAŞ