Yaponiyada ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

1364

Yaponiya Nazirlər Kabineti “superşəhər”in yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə yerli “NHK” teleradio şirkətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, plana görə, “superşəhər”də ən son şəhər texnologiyalarının sınaqlarının keçirilməsi nəzərdə tutulur. Məsələn, məhsullar pilotsuz uçan aparatlar vasitəsi ilə çatdırılacaq, küçələrdə avtomatik idarəetmə sistemli avtomobillər hərəkət edəcək, bütün ödənişlər isə nağdsız aparılacaq.

“Superşəhər”in yaradılması süni intellekt texnologiyalarının geniş istifadəsinə gətirib çıxaracaq dördüncü sənaye inqilabının inkişafı üçün əsas rol oynayacaq.

Nizam Nuriyev

 

PAYLAŞ