Yaponiyada koronavirusu 5 dəqiqəyə aşkarlayan metod hazırlanıb

108

Yaponiyanın “Riken” Elmi Tədqiqat İnstitutu, Tokio Universiteti və digər elmi tədqiqat müəssisələrinin tədqiqatçılar qrupu infeksiyanı 5 dəqiqəyə aşkarlamağa imkan verən yeni “COVID-19” test metodu hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bunun üçün biomaterial bir kvadratmetr üçün milyonlarla oyuğun olduğu şüşə üzərinə yerləşdirilir. Mikrokamera rolunu oynayan oyuqlar xüsusi mikroskopik yeni forma törəmə texnologiyası vasitəsilə yaradılır. Hər mikrokamerada reaktiv saxlanılır. Şüşə üzərindəki nümunədə koronavirusun ribonuklein turşusu (RNT) mövcud olan zaman kamera işıq saçmağa başlayır.

Ənənəvi polimeraz zəncir reaksiyasından (PZR) fərqli olaraq yeni metodda koronavirus ribonuklein turşusunun amplifikasiyasına ehtiyac yoxdur. Buna səbəb kimi onun mikrokamerada hətta cüzi sayda olan virusları aşkarlamağa imkan verməsi göstərilir. Yeni test 5 dəqiqəyə edildiyi halda polimeraz zəncir reaksiyasında minimum 1 saat və daha çox vaxt tələb olunur.

Alimlərin sözlərinə görə, yeni texnologiyanın seriyalı buraxılışına bir neçə il ərzində başlamaq olar.

Nizam Nuriyev

PAYLAŞ