“Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi keçirilib

75

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi keçirilib.

Respublikanın 50-dən çox inzibati ərazi vahidini təmsil edən gənclərimiz 30 komandada ən yaxşı olmaq üçün mübarizə aparıblar bu ilin ölkəmizdə  “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu nəzərə alaraq müsabiqə məhz bu istiqamətə həsr olunub. Vurğulanıb ki, “Yaşıl dünya üçün innovasiyalar” adlandırılan Rəqəmsal İdeya Müsabiqəsində başlıca fəaliyyət istiqamətləri ətraf mühitin qorunması və vətəndaşların ekoloji maarifləndirilməsi üçün mobil tətbiq konseptinin hazırlanması, işğaldan azad edilmiş ərazilərdə uğurlu “yaşıl dünya” modelini əks etdirən maketlərin qurulması və “yaşıl təfəkkür”ü inkişaf etdirən intellekt oyunları olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, k.e.d., professor Əfsun Sucayevin də daxil olduğu 6 mütəxəssisdən ibarət Ekspert Komissiyasının qiymətləndirməsinə görə müsabiqədə I yerin qalibi  “Dəfnə”, II yerin qalibi “Zəka”, III yerin qalibi “Turan” komandaları, “Yaşıl İdarəetmə” intellektual oyununun qalibi isə “Qayıdış” komandası olub.

PAYLAŞ