Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

1368

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan neyron şəbəkə hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Leyden Universiteti tərəfindən yaradılan süni intellekt “Təhlükəli obyektlər identifikatoru” (Hazardous Object Identifier — HOI) adlanır. O, əvvəllər ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən təhlükəli kimi təsnif edilməyən 11 asteroidi müəyyənləşdirib. Bu kosmik cisimlərin diametri 100 metr təşkil edir və Yer kürəsini yüzlərlə nüvə başlığı gücündə vura bilər. Neyroşəbəkə, həmçinin diqqəti Yer kürəsindən 7,5 milyon məsafədə uçan kosmik obyektlərə yönəldib. Hazırda qeyd edilən asteroidlər heç bir planet üçün birbaşa təhlükə törətməsə də, onlar 2131-2923-cü illər ərzində Yer kürəsi ilə toqquşmaq üçün cüzi astronomik imkana malikdirlər.

Məlumata görə, tədqiqatçılar superkompüter vasitəsilə Günəş sistemində planetlərin 10 min il ərzində orbital hərəkətlərinin modelləşdirilməsi sayəsində böyük irəliləyişə nail olublar. Sonra tədqiqatçılar qrupu simulyasiyanı dəyişərək asteroidlərin gələcək orbitlərini imitasiya edib və onların Yerlə yaxınlaşmaq imkanlarını qiymətləndirib. Modelləşdirmə neyron şəbəkə üçün Yerə düşə biləcək ümumi simulyasiya edilmiş asteroidlər üçün məlumatlarda qanunauyğunluq axtaran əsas material rolunu oynayıb.

Qrup neyroşəbəkə məlumatlarını ABŞ Kosmik Agentliyinin məlum asteroidlər haqqında məlumatları ilə müqayisə edib. Proqram 90,99 faiz dəqiqliklə onların təhlükəli olub-olmamasını müəyyənləşdirib. Hazırda alimlər neyron şəbəkənin daha dəqiq işləməsi üzərində çalışırlar.

Nizam Nuriyev

 

PAYLAŞ