Yuxu ürəyə təsir edir: nə qədər yatmaq olar və nə qədər olmaz

1220

Kolorado Universitetinin tədqiqatçıları (ABŞ) yuxu ilə bağlı bir tədqiqat aparmışlar, onun nəticələri belədir:  insanın yuxu rejimi ürək-damar xəstəliklərinin inkişaf riski ilə əlaqəlidir.

Təcrübədə 40-60 yaş arası təxminən 460 min insan iştirak etmişdir. İştirakçılar üç qrupa bölünmüşlər: onlardan biri gündə altı saatdan az, digəri – altıdan doqquza  kimi, üçüncüsü – doqquzdan çox yatmışdır. Sonra iştirakçılar “rollarını” dəyişmişlər.

Müşahidələr və test nəticələrinə görə daim yuxudan məhrum olan insanlarda ürək problemi riski kifayət qədər yatanlara nisbətən 20% artmışdı. Doqquz saatdan çox yatan iştirakçılar üçün bu göstərici hətta 30%-ə qədər artmışdı. Ancaq ürək xəstəliyinə genetik meyli olan insanlar gündə altı-doqquz saat yatmaqla infarkt riskini 18% azaltmışlar.

Alimlərin fikrincə, hətta yaxşı qidalanan, müntəzəm idmanla məşğul olan, siqaret çəkməyən və ürək xəstəliyinə meylli olmayan insanların da kifayət qədər yatmaması və ya çox uzun müddət yatması sağlam ürəyə pis təsir göstərə bilər.

Tədqiqatın baş müəllifi Celine Vetter deyir: “Optimal yuxu rejimindən kənarlaşma ürək çatışmazlığına səbəb ola bilər. Təcrübəmiz göstərdi ki, 6-9 saatlıq gecə yuxusu idman və sağlam qidalanma qədər  ürəyin güclənməsinə kömək edə bilər. Həddindən artıq uzun yuxu və ya yuxu çatışmazlığından qaçmaq lazımdır” .

 

PAYLAŞ