Seminarlar və konfranslar

2015-ci ildə keçirilmiş elmi seminarların, məruzə edənlərin və mövzuların siyahısı

  1. 10 fevral 2015-ci ildə k.ü.f.d., dosent Musayeva Bella: “Tormoz mayeləri” (protokol № 1)
  2. 25 fevral 2015-ci ildə k.ü.f.d. Cəfərova Təranə: “Kimyəvi birləşmələrə verilən patentlərin mühafizə həcmi və onların hüquqi cəhətdən müdafiəsi” (protokol № 2)
  3. 17 mart 2015-ci ildə b.texnik Novruzov Fərid: “Spektral analiz üsullarının üzvi birləşmələrin tərkibi və quruluşunun öyrənilməsinə tədbiqi” (protokol № 3)
  4. 14 aprel 2015-ci ildə k.ü.f.d., dosent Həsənova Elnarə: “Allil monomerlərin əsasında bigə polimerlərin sintezi və tədqiqi” (protokol № 4)
  5. 13 may 2015-ci ildə doktorant Abdullayeva Leyla: “Polistirolun heksen-1-in oliqomeri ilə alkilləşməsi”; k.e.i. Məmmədyarova Xədicə: “Motor yağlarına alkilfenolyat aşqarı modifikasiyasının sintezi və tədqiqi”; k.e.i. Osmanova Səbiyə: “Синтез и исследование сложных эфиров 1,1-бис-(гидроксикарбонилметилтио)-арилэтанов в качестве присадок к смазочным маслам”; k.e.i. Məhərrəmova Günel: “Bəzi heksahidro-1,3,5-triazinlərin sintezi və antioksidləşdirici xassəsi”; k.e.i. Rəhimova Aysel: “Neft və neft məhsullarında biozədələnmə, antimikrob, antioksidant, antikorroziyon aşqarlar”(protokol № 5)
  6. 02 iyun 2015-ci ildə k.ü.f.d. Cavadova Elmira: “Motor yağlarının təsnifatı” (protokol № 6)
    15 sentyabr 2015-ci ildə k.ü.f.d., dosent Nəbiyev Oruc: “Azido-metil aminlər” (protokol № 7)
  7. 29 sentyabr 2015-ci ildə dissertant İbrahimova Təranə: “Fitoremediasiya” (protokol № 8)
  8. 20 oktyabr 2015-ci ildə k.ü.f.d. Qədirov Əli: “Qazturbinli mühərriklər üçün aviasiya yağları və onlara əlavə edilən inhibitorlar” (protokol № 9)
  9. 03 noyabr 2015-ci ildə k.ü.f.d., dosent Rzayeva İradə: “Bəzi sinif kükürdsaxlayan birləşmələrin antioksidləşdirici xassələri” (protokol № 10)

2016-cı ildə keçirilmiş elmi seminarların, məruzə edənlərin və mövzuların siyahısı

  1. 02 mart 2016-cı ildə k.e.i. Nəzərov Nəzər: “Bəzi tsiklik tiokarbamidlərin sintezi və çevrilmələrinin tədqiqi” (protokol № 1)
  2. 05 aprel 2016-cı ildə k.ü.f.d., dosent Məmmədova Afayət: “Heteroatom saxlyan çoxfunksiyalı alkilfenolyat aşqarları (protokol № 2)
  3. 19 aprel 2016-cı ildə k.ü.e.d., prof. Məmmədov Sabir: “Fizioloji fəal maddələrin sintezi, tədqiqi və tətbiqi sahəsində son elmi texnoloji nailiyyətlər” (protokol № 3)
  4. 03 may 2016-cı ildə tex.ü.e.d., prof. Ağayev Əmirçoban: “Müxtəlif mənşəli və quruluşlu çoxfunksiyalı alkilarilsulfonatların ekoloji təmiz sintez üsulları və onların müasir aşqar paketlərinin yaradılmasında tətbiqi” (protokol № 4)
  5. 18 may 2016-cı ildə k.ü.f.d., b.e.i. Abbasova Məlahət: “Biozədələnmə, neft məhsullarının biozədələnməsi və onların biosid aşqarlarla mühafizəsi sahəsində son elmi nailiyyətlər” (protokol № 5)
  6. 07 iyun 2016-cı ildə tex.ü.e.d., prof. Cavadova Həqiqət: “Müxtəlif təyinatlı motor yağlarının sürtkü kompozisiyaları” (protokol № 6)
  7. 23 iyun 2016-cı ildə k.ü.f.d., dosent Əfəndiyeva Xuraman: “Yeyilməyə və siyrilməyə qarşı aşqarların yaradılması və tətbiqi sahəsində son elmi-texnoloji yeniliklər” (protokol № 7)
  8. 21 sentyabr 2016-cı ildə k.ü.f.d., b.e.i. Mirzəyeva Mziya: “Korroziya problemi və metalların korroziyadan mühafizəsinin texniki-iqtisadi vəziyyəti” (protokol № 8)
  9. 20 dekabr 2016-cı ildə tex.ü.e.d., prof. Cavadova Həqiqət: “Neft Daşları-60 il” (protokol № 9)