Fevralın 1-dən “WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək

261

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi,  dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, messencerin problemsiz istifadəsi üçün “Android 4.0.3” və ya “iOS 9” versiyaları lazım olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda işləyəcək.

Emil Hüseynov

PAYLAŞ