Əsas elmi istiqamətlər

1458

İnstitutun elmi-tədqiqat işlərinin əsas istiqamətləri aşağıdakılardır:

  • aşqarlar kimyasının nəzəri problemlərinin öyrənilməsi – aşqarların təsir mexanizmi, onların tərkibi ilə funksional təsiri arasındakı asılılıq, aşqarların sinergizmi və antoqonizmi, onların sintezi üçün istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikası və mexanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar;
  • zərif üzvi kimya sintezinin imkanlarından istifadə etməklə yeni üzvi maddələrin sintezi və onların sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqar və metalların korroziya inhibitoru və fizioloji fəal maddə kimi tədqiqi;
  • müxtəlif növ aşqarların funksional xassələrinin tədqiqi və aşqar kompo­zisiyalarının işlənilməsi;
  • yeni sintez olunmuş aşqarlar əsasında müxtəlif növ sürtkü yağı və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənilməsi;
  • yeni sintez olunmuş yüksək təsirli aşqar və korroziya inhibitorlarının istehsal prosesləri texnologiyasının işlənilməsi, modelləşdirilməsi və optimallaşdırılması.
PAYLAŞ